Contact Form

Name

Email *

Message *

Saturday, July 5, 2025

Hakkında

15.08.1954 -cü ildə Ucar rayonu Ramal kəndində ziyzlı ailəsində doğulmuşdur.

6 yaşında həmin kənddə 1-cisinfə getmişdir. Orta məktəbin 5-6-cı siniflərində oxuyandan Ucar rayon KP -nın orqanı “Yeni söz” qəzetində kiçik həcmli məqalələrlə çıxış etmişdir. 5 may 1966- cı il sovet mətbuat günü münasibətiylə qəzetdə müntəzəm olaraq bir necə adla fəaliyyətinə görə Yeni Söz qəzetinə ştatdan kənar müxbir seçilmişdir.Mətbuatla yaxından əlaqə saxlamış və ilk mənsur şeirləri Ucarda “Çinar nəğmələri ” və “Şəki fəhləsi” qəzetinin nəzdindəki “Səbuhi”ədəbi yığıncağının fəal üzvü olmuşdur.
“Yeni söz” qəzetində ilk mənsur şeiri “Qəlbimdə yer yoxdur”15.08.1970- ci ildə çap olunmuşdur! Ailə vəziyyəti ilə əlaqədar 1970-72 -ci ildə Bakı şəhərinə köçmüş və kitab satıcılığının təçkili tam kursunu bitirmişdir
.1972-76- ci ildə Şəki Toxuculuq texnikumunu oxumuş texnik-texnoloq ixtisası diplomunu almışdır!
1975- ci ildə Şəki radiosunun nəzdindəki 1 illik” Müxbirlər”məktəbini bitirmişdir
1973-76- cı illərdə texnikum komsomol təşkilat katibi ictimai iş aparmışdır.
1975- ci ildə Şəki radiosunun nəzdindəki 1 illik” Müxbirlər”məktəbini bitirmişdir.
1973-1977- ci illərdə “Şəki fəhləsi” qəzetində ictimai müxbir kimi fəaliyyət göstərmişdir.
1970- 1977 cı illər ərzində ” Azərbaycan qadını” jurnalında və “Azərbaycan gəncləri” qəzetində ara sıra məqalələri çıxmışdır.
“Yeni söz” və ” Şəki fəhləsi qəzetlərində müntəzəm olaraq rayonların ictimai və siyasi həyatından bəhs edən oçerk və məqalələri ilə çıxış edirdi
Sonralar Bakı şəhərinə köçdükdən sonra fəaliyyətini 1999- cu ilə qədər dayandırmışdır .
1999 cu ildən ədəbi fəaliyyətə başlamış,müxtəlif ədəbi məclislərin fəal üzvü olmuş qəzet və amanaxlarda şeirlərini dərc etdirmişdir.
“Ocaq”,Vahid”,”Məcməüş-şüəra” ədəbi məclisinin üzvü olmuş,”Araz”və “Dirili- Qurbani”məclisinin uzun müddət ədəbi katibi olmuşdur!
2008- 2010 illər BSU-nun iki illik ədəbi işçi kursunu bitirmişdir.
Azərbaycan Yazıçılar Birliyinn və Azərbaycan jurnalistlər Birliklərinin üzvüdür.
Beynəlxalq R.Rza mükafatı laureatıdır.
2017-ci ildə “Gül balalar” uşaq şeirləri kitabına görə AYB-nin diplomuna layiq görülüb.
20 şeir,hekayə və publisist kitabların müəllifidir.
Dövrü mətbuatda müntəzəm olaraq ” Bütov Azərbaycan”,Yurd” və “Xəzan” ədəbi jurnallarındaşeirləri çap olunur.
Təzkireyi- Şahin”,”Söz-sözə”,”Üfüq”1,2,3 ,”Araz”1,2,3 “Dirili “Qurbani” almanaxlarında şeirləri dərc olunmuşdur.
30 il fasiləsiz əmək fəaliyyətinə görə “Əmək veteranı”dır.
Nizami RİH Müharibə və əmək veteranları şürasının məsul katibidir.
Hazırda pensiyadadır.
İki övladı və 5 məktəbli nəvələri var.
Ədəbi fəaliyyətini davam etdirir Türkiyə respulikasında almanaxlarda şeirləri müntəzəm olaraq
nəşr olunur.Respublikanın televiziyalarında müxtəlif verilişlərdə ekspert kimi
fəaliyyət göstərir.
Türkiyənin Adana şəhər “Adana haber” qəzetində şeirləri çap olunur.Müxtəlif diplom və təşşəkkürlər almışdır.
Hazırda pensiyadadır. Bakı şəhərində ədəbi yaradıcılığını davam etdirir.İctimai ve edebi faaliyetlerinden dolayı 1 illik Prezident. Mükâfatına da layiq görülmüştür. 

No comments:

Post a Comment

Video Arxiv